Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:49

Şimal rayonları yenə qazsız qaldı


Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır Artıq iki gündür ki, Rusiyadan Azərbaycana verilən təbii qazın kəsilməsi ucbatından Quba-Xaçmaz bölgəsinin üç rayon mərkəzi, 30 kəndi və altı qəsəbəsi tamamilə mavi yanacaqsız qalıb.



Hazırda regionda soyuq hava şəraiti hökm sürür. Əhali daha çox elektrik enerjisindən istifadə etdiyi üçün transformatorlar və elektrik naqilləri yüklənir. Bu da işıqların tez-tez sönməsinə səbəb olur.



Bölgədə yaranmış enerji böhranının nə vaxt aradan qaldırılacağı məlum deyil. Bölgə rayonlarının icra hakimiyyətlərindən, qaz istismarı və satışı idarələrindən verilən açıqlamalarda təbii qazın kəsilməsini Dağıstandan keçən Mozdok-Qazıməmməd qaz kəmərində baş verən qəza ilə əlaqələndirirlər.



Dağıstanın “Kaspiqazprom” şirkətindən aldığımız məlumatda isə belə deyilir:



“Mozdok—Qazıməmməd qaz kəmərindən qəza baş verməyib. Bununla bağlı Azərbaycanda yayılan xəbərlər doğru deyil. Azərbaycana nəql olunan təbii qazın kəsilməsi Türkmənistandan Rusiyaya verilən təbii qazın dayandırılmasıyla bağlıdır. Azərbaycana nəql olunan təbii qaz Türkmənistan qazının bir hissəsi idi. Dəqiq məlumat almaq üçün “Rosqazprom”a müraciət edin”.



Moskvadakı “Rosqazprom”un dispetçer xidmətindən bizə dedilər ki, Dağıstandakı qaz kəmərində qəza baş verməsi ilə əlaqədar yayılan xəbərlər şayiədir. Təbii qazın kəsilməsi ilə bağlı Azərbaycan tərəfi tam məlumatlandırılıb.
XS
SM
MD
LG