Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54

Cənub-Şərqi Asiya ölkələrindəki azərbaycanlı turistlər sağ-salamatdırlar


Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər Yeni ili Cənub-Şərqi Asiya ölkələrində qarşılamaq istəyən Azərbaycan vətəndaşlarının sayı 17 nəfər olub.



Təbii fəlakət baş verməmişdən bir neçə gün öncə həmin ölkələrə yollanan azərbaycanlı turistlərin hamısı sağ-salamatdır. Artıq onların 7-i Azərbaycana dönüb. Bu haqda məlumatı «Azadlıq» radiosuna Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov verib. Təbii fəlakət zamanı turistlərdən ikisi Hindistanda, yerdə qalan dörd nəfər isə Sinqapur və Malayziyada olublar.



Raqif Abbasovun sözlərinə görə, yerdə qalan 10 nəfər azərbaycanlı turist isə fəlakətin baş verdiyi episentrdən uzaq olduqlarından istirahətlərini davam etdirirlər. Onlar Azərbaycana yanvarın 10-dan tez qayıtmağı planlaşdırmırlar.



Baş vermiş fəlakətdən sonra Gənclər, İdman və Turizm Nazirliyi əməkdaşlıq etdiyi turizm şirkətlərinə məsləhət görüb ki, Cənub-Şərqi Asiya ölkələrinə turist göndərilməsini müvəqqəti olaraq dayandırsınlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG