Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:26

Azərbaycan iqtisadiyyatı 2004-cü ildə


Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər 2004-cü il dünya bazarlarında neft həyəcanı ili oldu. Bir barrel neftin qiyməti 55 dolları keçdi. Bunun Azərbaycana həm xeyri oldu, həm də ziyanı. Xeyri o oldu ki, büdcədə barreli 20 dollardan nəzərdən tutulan Azərbaycan nefti bundan orta hesabla təxminən 2 dəfə baha satıldı. Ziyanı isə o oldu ki, neftin bahalşması ilə birgə neft sənayesində istifadə olunan tikinti materiallarının qiymətləri və daşınma xərcləri də artdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikinti xəclərinin 10 faiz artmasında, «Şahdəniz» qaz yatağındakı tikintinin isə 25 faiz bahalaşmasında bu amilin böyük təsiri oldu.

Ötən il dolların avro və başqa aparıcı dünya valyutalarına nisbətdə təxminən 10 faiz qiymətdən düşməsi ilə yadda qaldı. Bəzi ekspertlər bu meylin davam edəcəyini düşünürlər, bəziləri isə bunu müvəqqəti hal sayırlar. Elə Azərbaycanda da deyəsən bu elə bir narahatlıq doğurmur. Vəsaitlərinin 65 faizi dollarda saxlanan Dövlət Neft Fondunun prezidenti Samir Şərifov deyir ki, dünya bazarlarında valyuta məzənnələrinin dəyişməsi adi haldır və buna xüsusi diqət ayırmağı düzjün saymır.

Keçən il həm də Azərbaycanın qarşıdakı 20 il üçün neft gəlirlərindən istifadə strategiyası açıqlandı. Samir Şərifovun bildirdiynə görə, dünya bazarlarında neftin qiymətindən asılı olaraq Azərbaycan 2025-ci ilə qədər 25-45 milyard dollar gəlir əldə edəcək. Bu pulların 75 faizini ölkə iqtisadiyyatının inkişafına xərcləmək və yoxsulluğu tamamilə ləğv etmək, dörddə-birini isə gələcək nəsillərə saxlamaq nəzərdə tutulur.

Ötən il İlham Əliyev Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramını təsdiq etdi. İl ərzində ölkə üzrə 100 mindən artıq iş yeri yaradıldığı bildirildi. Dövlət Statistika Komitəsinin məlumatına görə, bnnun 70 mindən artığı daimi iş yerləridir.

Keçən il Mərkəzi Londonda yerləşən Economies İntelligence Unit araşdırma mərkəzi Azərbaycanın risk reytinqiylə bağlı hesabatını açıqladı. Risk dərəcəsini 100 ballıq şkalayla qiymətləndirən mərkəz Azərbaycandakı vəziyyəti 58 balla, yəni orta risq dərəcəsi kimi qiymətləndirdi. Hesbatada qeyd olunur ki, İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə qısa müddətli qeyri-sabitlik dövrü yaşandı. Ümumilikdə isə ölkədəki vəziyyət 2003-cü ildəki kimi nisbi sabit kimi qiymətləndirilir. Hesabata görə, Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanması risqi aşağı olsa da, gərginlik davam edir. Qanunların icrasıyla bağlı böyük risq qalmaqdadır, çünki hesabata görə, hakimiyyət orqanları mahiyyətcə liberal deyil və çox mühüm qərarlar prezident aparatında qəbul edilir. Hesabata görə, Azərbaycan müxalifətinin bir hissəsi özəlləşdirmənin nəticələrinə və xarici sərmayələrə tənqidi münasibətdədir. Başqa postsovet ölkələrində olduğu kimi cinayətkar qruplar xaricilərə problemlər yarada bilər, amma hesabata görə, bu, biznes qurmağın qarşısında dəfedilə bilməyən mane səviyyəsində deyil.

Ötən il pensiyaçılar üçün düşərli oldu. İşləməyən təqaüdçülərin pensiyalarının minimum məbləği 2 dəfədən çox artdı - 60 min manatdan 125 min manata. Minimum əmək haqqı da 125 min manat oldu. Prezident İlham Əliyev bundan başqa hərbçilərin, milli təhlükəsizlik orqanları işçilərinin, daxili və sərhəd qoşunları əməkdaşlarının maaşlarını bir neçə dəfə artırdı. Tələbə və aspirantların təqaüdləri də bir neçə dəfə artdı. Dövlət başçısı elmi işçilərin dərəcələrinə görə əmək haqlarının 5 dəfə artırılmasıyla bağlı da sərəncam imzaladı. Pardamentin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli deyir ki, 2005-ci ildə bu artımlar davam edə və ilin sonuna minimum əmək haqqı 200 min manata çata bilər. Hadı Rəcəbli onu da deyir ki, hökumətin məqsədi minimum əmək haqqını ölkə üzrə yaşayış

Günün bütün mövzuları

XS
SM
MD
LG