Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:23

Beynəlxalq Böhran Qrupu: “Dağlıq Qarabağ münaqişəsinin həllində bu ay da irəliləyiş olmayacaq”


Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər Beynəlxalq müşahidəçilər Azərbaycanda 17 dekabr bələdiyyə seçkilərinin demokratik standartlara uyğun keçmədiyini deyir. Bu seçkini üç böyük müxalifət partiyası boykot edib. Bu barədə Beynəlxalq Böhran Qrupunun dekabr ayı üçün yaydığı hesabatda deyilir.



Hesabatda Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı bölmə var. Orada deyilir ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri dekabr ayında iki dəfə görüşüb, ancaq mühüm irəlilyiş əldə olunmayıb. Hesabata görə, yanvar ayında dünyada heç bir münaqişənin həlli mümkün görünmür.



Vartan Oskanyan və Elmar Məmmədyarovun yanvar ayında daha bir görüşü nəzərdə tutulur. Bu görüş münaqişənin həllində rol oynaya bilərmi? Beynəlxalq Böhran Qrupunun Qafqaz üzrə layihə direktoru Sabin Frayzer buna ümidli olduqlarını deyir:



“Ötən il Azərbaycan və Ermənistan arasında dialoq bərpa olunub. Bu çox müsbət hadisədir. Növbəti aylara da ümidlə baxmaq olar”.



Üç Cənubi Qafqaz respublikasının 2005-ci il büdcəsində hərbi xərcləri artırmasına gəlincə, Sabin Frayzer bundan narahat olduqlarını deyir.



Azərbaycan bu il üçün hərbi xərcləri 33, Ermənistan 23, Gürcüstan isə 38 faiz artırıb.
XS
SM
MD
LG