Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:19

«Panorama»nın bu dəfəki buraxılışı il ayrıcına düşdüyündən biz ötən bir ilə nəzər yetirəcəyik. Studiyamızın qonağı isə «Azadlıq» qəzetinin şərhçisi Bahəddin Həziyevdir


Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər Ancaq onunla söhbətə keçməzdən əvvəl görək başa vurduğumuz 2004-cü ildə, ölkənin ictimai-siyasi həyatında yadda qalan hansı hadisələr baş verib...

Qarabağ münaqişəsinin həlli istiqamətində bir müddət əvvəl dayandırılan danışıqlar bərpa edildi. Azərbaycan və Ermənistan prezidentləri 3, xarici işlər nazirləri isə 7 dəfə görüşərək bu məsələ ətrafında müzakirələr apardılar. Azərbaycan həmçinin «işğal edilmiş ərazilərdə vəziyətə dair» bəndin BMT Baş Məcləsinin 59-cu sessiyasının gündəliyinə salınmasına təşəbbüs göstərdi...

Avropa Şurası Parlament Assambleyasının qış və payız sessiyalarında Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparıldı. Öhdəliklərin tam yerinə yetirilməsi üçün Azərbaycana əlavə vaxt verildi...

Milli Məclis «Korrupsiya haqqında» qanunu qəbul etdi. Prezident İlham Əliyev isə Korrupsiyaya qarşı mübarizə proqramını təsdiq etdi. Həmin proqramın tərkib həssəsi kimi də Dövlət Qulluğunun İdarəetmə Şurası yaradıldı. Bu şuraya prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev sədr təyin edildi. Dövlət başçısı həmçinin prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılmasıyla bağlı sərəncam verdi. «Transparency International»-Beynəlxalq Şəffaflıq təşkilatının hesabatında isə Azərbaycanın korrupsiyanın səviyyəsinə görə bir qədər də gerilədiyi göstərildi...

Prezident İlham Əliyev Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramını təsdiq etdi. Dövlət başçısı həmçinin məcburi köçkünlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsiylə bağlı sərancam imzaladı...

Dövlət büdcəsindən maliyələşən idarə və müəssisələrdə maaşlar bir neçə dəfə artırıldı. Dövlət başçısı həmçinin minumum əmək haqqının artırılmasıyla da bağlı sərancam imzaladı. Noyabrın 1-indən isə benzin, qaz və bir sıra neft məhsullarının qiyməti qaldırıldı...

Azərbaycan NATO-nun fərdi-əməkdaşlıq planına qoşulmaq istədiyini bəyan etdi. NATO Baş katibi Yaap de Hoop Sxeffer həmin plan ətrafında müzakirələr aparmaq üçün Azərbaycana səfər etdi. Ermanistandan hərbçilərin gəlişinə Azərbaycanda etirazlarla bağlı isə NATO-nun «Cooperative Best Effort-2004» seminarı çərçivəsində Bakıda keçirilməsi planlaşdırlan təlim təxirə salındı...

« Cooperative Best Effort-2004» seminarın keçirldiyi «Avropa» ötelində yaşanan qalmaqallarla bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və daha 4 nəfər həbs edildi. Prezident İlham Əliyevin bu həbslə bağlı qərara münasibətindən sonra Apelyasiya Məhkəməsi onları azadlığa buraxdı...

Prezident İlham Əliyev 4 dəfə əfv haqda fərman verdi. Bu fərmanla 810 nəfər şəxs vaxtından əvvəl azadlığa buraxıldı...

Prezident seçkilərində baş verən toqquşmalara görə 18 məhkəmə prosesi keçirildi. 40-dan çox şəxs azadlıqdan məhrum etmə cəzasına layiq görüldü...

Bələdiyyələrə seçkilər oldu. Bir neçə müxalifət partiyasının baykot etdiyi bu seçkidən hakim Yeni Azərbaycan partiyası yenə qalib çıxdı...

Türkiyənin «Saka-Korkmaz» şirkəti ona olan borcun ödənilməsi tələbiylə Azərbaycana məxsus 3 gəmi və iki təyyarəni saxladı. Yalnız Azrəbaycan höküməti şirkətə olan borcunu ödədikdən sonra Türkiyə ərazisində saxlanılan gəmi və təyyarələr sərbəst buraxıldılar...

Afinada keçirlən yay olimpiadasında Azərbaycan güləşçisi Fərid Mansurov qızıl medal qazandı. Azərbaycanın daha 4 idmançısı isə Yunanıstan paytaxtından bürünc medalla qayıtdılar...

«Azadlıq» qəzetinin şərhçisi Bahəddin Həziyev bildirdi ki, 2004-ci ili Azərbaycan üçün itirilmiş il hesab edir. Düzdür ötən il bir sıra dövlət proqramaları qəbul edildi, maaş və müavinət
XS
SM
MD
LG