Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Dini mövzularda yazan jurnalistlərə tövsiyə kitabı dərc olunacaq


Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun dəstəyi ilə «Jurnalist» qəzeti «Elektron KİV sistemində dini problemlərin obyektiv qoyuluşu» mövzusunda tədbir keçirib. «Azərbaycanın KİV sistemində islam dini və digər dinlərlə bağlı problemlərin qoyuluşu» layihəsi çərçivəsində keçirilən tədbirlərin sonunda dini mövzuda yazan jurnalistlərə tövsiyə kitabı hazırlanacaq.

«Jurnalist» qəzetinin baş redaktoru Nəsiman Yaqublu deyir ki, din mövzusu olduqca həssasdır: «Odur ki, mətbuatda dini problemlərin obyektiv işıqlandırılmasına çalışmalıyıq».

Tədbirin məruzəçisi dinşünas Elşad Miri isə deyir ki, son günlər mətbuatda dini mövzulara maraq artıb: «Amma gənclərin də daha çox üstünlük verdiyi internet saytların çox az qismi dini saytlardır. Bunun səbəblərindən biri də dindarların biganəliyindədir, həm də virtual aləmdə özünü tətbiq edib, etməmə məsələsi də var».

Günün bütün mövzuları

XS
SM
MD
LG