Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06
Suraxanı sakini Əkbər Tağıyev Türkiyə prezidenti Abdullah Gülə torpaq problemləri haqqında məktub yazıb.

O məktubunda bildirir:

«Bakıda hörmətli prezidentimiz İlham Əliyevə bizə ayırdığı torpaq haqqında göndərdiyimiz məktubları vəzifəsindən sui-istifadə edən məmurlar çatdırmır. Regional şöbə, Bakı Şəhər İcra Hakimiyyəti, yerli bələdiyyə qanundan kənar, saxtalaşdırılmış sənədlərlə bizim torpaqlarımızı istədikləri qiymətə satıb «yeyirlər». Düşmənlər məktublarımızın prezidentə çatıb məruzə olunmasına mane olurlar. Milyardlarla pul qazanırlar».

Məktubunda ailə üzvlərinin 21 nəfərdən ibarət olduğunu qeyd edən Əkbər Tağıyev övladlarının bəzilərinin kirayədə qaldıqlarını, indiyədək nə torpaq, nə də ev ala bilmədiklərini açıqlayır.

Nəhayət, Əkbər Tağıyev Türkiyə prezidentindən xahiş edir ki, bu məktubunu Azərbaycan prezidentinə çatdırsın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG