Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:43

Sudanda humanitar təşkilatın işçiləri oğurlanıb


Sərhədsiz Həkimlər Təşkilatı deyir ki, onların azı 5 işçisi Sudanın qərbində Darfur regionunda oğurlanıb.

Humanitar təşkilatın Belçikada yerləşən ofisindən deyiblər ki, oğurlananların üçü beynəlxalq humanitar təşkilatın, ikisi isə yerli işçiləri olub.

İşçiləri kimin qaçırdığı barədə məlumat yoxdur.

Sərhədsiz Həkimlər Təşkilatı ötən həftə Sudandan çıxarılan humanitar təşkilatlardan biridir.

Bu qərardan qabaq Beynəlxalq Cinayət Məhkəməsi Sudan prezidenti barədə həbs qərarı çıxarıb. Prezident Ömər Əl Bəşir Darfurda qara dərililərə qarşı soyqırımda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG