Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Moskva milyarderlərinin çoxunu itirib


«Forbes» jurnalının dünyanın ən varlı adamları ilə bağlı yeni icmalında deyilir ki, Rusiya qlobal iqtisadi böhran nəticəsində dollar-milyarderlərinin təxminən üçdə-ikisini itirib. Və Moskva artıq əksər milyarderlərin vətəni deyil.

«Forbes» Rusiyanı əmtəə qiymətlərinin düşmə «mərkəzi» kimi təsvir edib. Jurnalda bildirilir ki, 2008-ci illə müqayisədə Rusiya milyarderlərinin üçdə-ikisini itirib. Ən çox milyarderə ev sahibliyi etməkdə Moskvanı indi Nyu-York əvəz edir.

«Forbes»ın yazdığına görə, «Microsoft»un təsisçisi Bill Qeyts qlobal iqtisadi böhranda 18 milyard dollarını itirib, amma hələ də dünyanın ən varlı adamı olaraq qalır. Bill Qeytsin şəxsi kapitalı hazırda 40 milyard dollardır.
XS
SM
MD
LG