Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:45

Ay alan! Hava satıram!


«Sırf Bakı Havası». Qutunu «nostalji hislərə qapılanda aç»
«Sırf Bakı Havası». Qutunu «nostalji hislərə qapılanda aç»
Bakının lap mərkəzində «Sırf Bakı Havası» satılır, adi konserv qutularında. İstehsalçısı Emil Hüseynovdur. O deyir bu ideyanı çoxdan baxdığı bir filmdən götürüb.

Əslində həmin qutuların içərisində hər hansı bir şey yoxdur. Sadəcə, konserv qutusudur və üzərinə və yanlarına Azərbaycan, rus və ingilis dillərində «Sırf Bakı Havası» yazılıb.

Bir də yazılıb ki, qutunu «nostalji hislərə qapılanda aç».

Bu suvenirlərin istehsalına və satışına ötən ilin ortalarından başlanılıb. Emil Hüseynov deyir ki, həmin suvenirlər hazırda Bakının bir neçə yerində satılmaqdadır. İndiyə qədər 5 min ədəd belə suvenir istehsal edilib.

Bakının mərkəzi ticarət köşklərində işləyən satıcıların birinin dediyinə görə, indiyə qədər həmin suvenirdən 32 ədəd satıblar. Satıcı bildirir ki, biri 5 manata olan «Sırf Bakı havası»nı əsasən xarici ölkələrdən Azərbaycana gələn keçmiş Bakılılar alırlar.

Emil Hüseynov daha iki məsələ üzərində işləyir. Biri Xəzərlə, digərisə Bakı günəşilə bağlıdır. O, Bakı havası kimi Xəzəri və Bakı günəşini də «konservləşdirmək» istəyir.

Video:
Bakı havası satılır
Gözlə
Embed

No media source currently available

0:00 0:01:39 0:00


Şəkillər:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG