Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:10

Səkinə İsmayılova: «Müsabiqə üçün güclülərin güclüsünü seçdik»


«Beynəlxalq Muğam Festivalı üçün güclülərin güclüsünü seçdik». Xalq artisti Səkinə İsmayılova «Azadlıq» radiosuna belə deyib. Onun sözlərinə görə, müsabiqənin yekun konsertinə öncəki muğam müsabiqələrindən də ifaçılar qatılıb:

«Seçdiyimiz gənclər 18-25 mart tarixlərində Bakıda ilk dəfə keçiriləcək I Beynəlxalq Muğam Festivalı çərçivəsində təşkil olunacaq Beynəlxalq Muğam Müsabiqəsində ölkəmizi təmsil edəcəklər. Artıq 12 ölkənin nümayəndələri bu müsabiqədə iştirakını təsdiqləyib. İran, Mərakeş, Hindistan, Özbəkistan və başqa ölkələrdən tanınmış musiqiçilər Bakıya gələcəklər. Bizim çox tanınmış xanəndələrimiz - mən, Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Alim Qasımov da müsabiqədə çıxış edəcək. Hər birimiz bir muğam dəstgahı ifa edəcəyik».

I Beynəlxalq Muğam Festivalında 35 yaşına qədər incəsənət xadimləri, muğam ifaçıları, müğənnilər iştirak edə biləcəklər. Festivalın açılışı Beynəlxalq Muğam Mərkəzində həyata keçiriləcək. Festival çərçivəsində gün ərzində iki konsert olacaq. Həmçinin Dövlət Akademik Opera və Balet Teatrında, Filarmoniyada, Musiqili Komediya Teatrında muğamla əlaqədar tamaşalar göstəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG