Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:55
Polisin bağladığı «Əli və Nino» kitab mağazaları şəbəkəsinin iki mağazasının fəaliyyəti bərpa olunub.

Şahidlərin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Fəvvarələr bağında yerləşən bir saylı və Nizami küçəsindəki dörd saylı kitab mağazaları martın 11-də polisin göstərişi ilə bağlanıb.

Kitab mağazalar şəbəkəsinin meneceri Nigar Köçərli məsələyə şərh verməkdən imtina edib. Axşam saatlarında mağaza rəhbərliyinin Səbail polis idarəsinə gedib qayıdandan sonra mağazalar açılıb.

Martın 10-da polis mağaza rəhbərliyindən Əli Ələkbərin «Artuş və Zaur» romanını satışdan yığışdırmağı tələb edib.

Əli Əkbər bu haqda isə deyib: «İllərdir mənim digər kitablarım həmin mağazalarda satışdadır, amma heç vaxt belə problem ortaya çıxmayıb. Belə söhbətlər «Artuş və Zaur»dan sonra ortaya çıxıb».

O deyir ki, polis konkret kitab adı çəkməyib, sadəcə bildirib ki, sözügedən mağazalarda mənim prezident İlham Əliyevin əleyhinə kitabım satılır.

Əli Əkbərin «Artuş və Zaur» romanı azərbaycanlı və erməni gəncin homoseksual sevgisindən və Qarabağ müharibəsinin buna təsirindən bəhs edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG