Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:34

İqtisadi Əməkdaşlıq Təşkilatı vahid bank yaradır


Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında üzv ölkələrdə qurumun vahid bankının açılması məsələsi gündəliyə gəlib. Xəbəri İRNA Agentliyi yayıb.

Eyni zamanda, İƏT-ə üzv ölkələr arasındakı ticari əməliyyatlarda vahid valyutadan hesablaşma vasitəsi kimi istifadə məsələsi müzakirə edilib.

Zirvə toplantısının yekun bəyanatında hər iki məsələ ilə bağlı maddələrin öz əksini tapması gözlənilir.

Türkiyə, İran və Pakistanın iştirakı ilə yaradılan İƏT-ə daha sonra Azərbaycan və Orta Asiya ölkələri üzv olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG