Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:56

BVF Azərbaycan hökumətinin dediyinin əksini deyir


BVF deyir ki, «Bəxt ilahəsi üzünü Qafqazdan və Orta Asiyadan çevirir»

BVF deyir ki, «Bəxt ilahəsi üzünü Qafqazdan və Orta Asiyadan çevirir»

«Bəxt ilahəsi üzünü Qafqazdan və Orta Asiyadan çevirir» - Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Orta Asiya ilə bağlı yeni proqnozuna belə ad verib.

Fond hesab edir ki, dünya iqtisadi böhranı bu regionda vəziyyəti kəskin pisləşdirib. Bu il orta illik artım 6 faizdən 2 faizə düşəcək.

Dünyaya verilən proqnozla müqayisədə bu hələ yaxşıdır. Fond dünyada iqtisadi artım yerinə bu il geriləmə proqnozlaşdırır.

Fond Azərbaycan haqda nə deyir?

Hesabatda ümumi region haqda danışılır, bəzən misallar çəkilir. Ümumiləşdirəndə, fond Azərbaycanda 3 əsas problem görür: neftin qiymətinin düşməsi ilə ölkənin gəlirinin azalması, Rusiyada işləyənlərin evə qat-qat az pul göndərməsi, xaricdən kredit kimi pul ala bilməmək.

Beynəlxalq Valyuta Fondu xaricdən pul ala bilməmək deyəndə misal olaraq Qazaxıstanı göstərir. Bu ölkənin bank sektorunun kredit kimi işlətdiyi xarici valyutanın çoxu xaricin özəl banklarından alınıb.

Fond konkret Azərbaycanın adını çəkməsə də, bu problem Azərbaycanda da var. Azərbaycanda kredit bazarının 25 faizi xarici banklardan alınmış puldur. Özü də bu təxminən 6 milyard dollardır. İndi xarici banklar Azərbaycan banklarına kredit vermədiyinə görə, Azərbaycan bankları da kredit verməyə pul tapmırlar.

Neftin qiymətinin düşməsi ilə Azərbaycanın gəlirlərinin nə qədər azalmasını fond hesablamır, ancaq bu, keçən yayla müqayisədə təxminən 7 dəfə geriləmədir.
Fond bircə onu deyir ki, xammal qiymətləri açıq-aşkar aşağı gedəcək.

Rusiyadakı azərbaycanlıların evə göndərdikləri pula gələndə, burda fond dəqiq rəqəm söyləmir, ancaq misal kimi çəkdiyi iki ölkənin timsalında mənzərəni təsəvvür etmək olar. 2008-ci ilin yayından Tacikistan və Gürcüstan vətəndaşlarının Rusiyadan evə göndərdikləri pul 100 faiz azalıb.

Bu o deməkdir ki, onlar daha evə pul göndərə bilmirlər. Bu yəqin ki, cüzi fərqlə elə azərbaycanlılara da aiddir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG