Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

«Los-Ancelesdə insanların üzündə böhran hiss olunmur»


Los-Ancelesdə yanacaqdoldurma məntəqəsi, 11 mart 2008

Los-Ancelesdə yanacaqdoldurma məntəqəsi, 11 mart 2008

«Los-Ancelesdə insanların üzündə böhran hiss olunmur». Bunu «Azadlıq» radiosuna iki ildir ABŞ-da yaşayan tarixçi-alim Altay Göyüşov deyib. Birləşmiş Ştatların Los-Anceles Universitetində Azərbaycan dili və «Türk xalqları tarixi proqramı» çərçivəsində Azərbaycanın son 200 illik tarixi haqqında dərs deyən tarixçi-alim ordakı həyatı barədə də məlumat verib. Onun sözlərinə görə, Vaşinqton çox təmiz və nizam-intizamlı şəhərdir:

«Yollar yüksək səviyyədə çəkilib. İnsan istədiyi yerə rahat və vaxtında çata bilir. Tıxac olur, amma yolların genişliyi bu tıxacı önləməyə imkan verir».

A.Göyüşov Azərbaycan mətbuatında ABŞ-dakı iqtisadi böhranla bağlı yazılar oxuyanda, təəccübləndiyini deyir:

- ABŞ-da böhran var. Amma dövlət əhalinin böhrandan əziyyət çəkməməsi üçün kifayət qədər fəaliyyət göstərir. Baxmayaraq ki, Kaliforniya ştatında iqtisadi vəziyyət digər ştatlarla müqayisədə nisbətən pisdir. Böhran bura daha çox zərbə vurub. Amma adi insanların həyatında o qədər də hiss etmirəm bunu. Dövlət problemin qarşısını almaq üçün fəaliyyət göstərir. Məsələn, insanlara kreditə götürdüyü evin pulunu ödəmək üçün dövlət tərəfindən qəbul olunmuş proqram vasitəsilə yardım edilir. İş yerini itirən şəxs altı ay dövlət yardımı alır. Bundan başqa, işsiz qalan adamların ixtisasını dəyişməsi üçün də xüsusi proqram var. Bu dövlət proqramlarının sayəsində insanlar iqtisadi böhranın acısını yaşamırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG