Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:50

Amnistiya aktı layihəsi Milli Məclisə tövsiyə edildi


Milli Məclis Amnistiya Aktı layihəsini martın 13-17-də keçiriləcək iclasında müzakirə edəcək

Milli Məclis Amnistiya Aktı layihəsini martın 13-17-də keçiriləcək iclasında müzakirə edəcək

«Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında» qərar layihəsi Milli Məclisə tövsiyə edilib.

Qərar parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının martın 11-də keçirilən iclasında verilib.

Layihə deputat Mehriban Əliyeva tərəfindən təqdim olunub.

Milli Məclis qanun layihəsini martın 17-də keçiriləcək iclasında müzakirə edəcək.

Sənəd yüngül cəzalı, cəzasının bir hissəni çəkən, şərti cəza alan, cərimə ilə cəzalandırılan və digər kateqoriyalı şəxslərin cəzadan azad olunmasını nəzərdə tutur.

Bundan əvvəl parlament Mehriban Əliyevanın 2007-ci ilin mayında təqdim etdiyi «Amnistiya Aktı haqqında» qanun layihəsini qəbul edib. Onun tərəfindən irəli sürülmüş həmin qanunverici təşəbbüs 9 minə yaxın insanı əhatə edib, onlardan 1500 nəfəri azad olunub.

Lakin o zamankı Amnistiya Aktı, hüquq müdafiəçilərinin qiymətləndirmələrinə görə, ölkədə siyasi məhbus problemini həll etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG