Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:13

«Monopoliya bütün işlərin üstündən xətt çəkir»


Hadı Rəcəbli: «Diqqət ona yönəldilməlidir ki, Azərbaycan real gəlirlər sabit qalsın»
Hadı Rəcəbli: «Diqqət ona yönəldilməlidir ki, Azərbaycan real gəlirlər sabit qalsın»
«Bizim Yol»: Milli Məclis bu vaxta kimi Rəqabət Məcəlləsini qəbul edə bilməyib. Parlamentin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəblinin sözlərinə görə, yaz sessiyası dövründə Rəqabət Məcəlləsinin üçüncü oxunuşda qəbulu nəzərdə tutulub. O, deyir ki, məcəllənin qəbulu ölkədə bəziləri tərəfindən süni şəkildə yaradılan monopoliya elementlərinin aradan qaldırılmasına, qarşısının alınmasına öz müsbət töhfəsini verəcək.

«Ümumiyyətlə, süni monopoliya elementləri Azərbaycan görülən bütün mütərəqqi işlərə, proqressiv addımlara xətt çəkən, ləkə gətirən bir məsələdir. Onu da bildirim ki, bu kimi hallara qarış mübarizə aparılır və onlar öz nəticəsini verir. Lakin bunun obyektiv tərəfləri də var, məsələn, Azərbaycanda sement zavodu bir dənədir və yalnız o bazara öz şərtlərini diktə edir. Ona görə bazarı genişləndirmək, bu məhsulların bazara daxil olmasına daha əlverişli şərait yaratmaq lazımdır ki, süni inhisarçılıq, monopoliya elementləri ortaya çıxmasın. Bütövlükdə isə diqqət ona yönəldilməlidir ki, Azərbaycan real gəlirlər sabit qalsın. Manatın devalvasiyası, manatın inflyasiyası, qiymətlərin süni şəkildə bahalaşmasına və sair hallar real gəlirin azalmasına gətirib çıxara bilər».

«Yeni Müsavat»: «Yazıya Rusiya Aşkarlığı Müdafiə Fondunun prezidenti Aleksey Simonovun bu ilin fevralında Londonda etdiyi bir çıxışdan sitatla başlamaq istəyirəm. İndi Azərbaycanda söz azadlığı sahəsində durum xeyli dərəcədə Rusiyadakına bənzəyir, o üzdən Simonovun fikirləri şəxsən mənim iliyimə işlədi: «Bugünkü Rusiya kütləvi informasiya vasitələri hər şeydən çox zooparka oxşayır - vəhşi heyvanların qəfəslərdə saxlandığı zooparka. Kiminsə qəfəsi darısqaldır, kiminsə qəfəsi az qala azadlığı xatırladacaq dərəcədə genişdir. Qəfəsdən qaçmaq istəyənləri isə güllələyirlər». Zamin Hacı «Zooparkda yaşamaq» sərlövhəli köşə məqaləsində belə yazır.

«Baxın, son illərdə artıq neçə-neçə yazıçımızın kitabları qadağan edilib, satışdan yığışdırılıb. Fərqli düşüncə repressiv rejimlərin ən çox nifrət etdiyi və qorxduğu müstəvidir. Onlar bu müstəvidə uduzmağa, məhvə məhkumdur. Hələliksə bizi məhv edirlər. İndi bizim içimizdə eybəcər sifətli, qıllı pəncəli, donqarburun, ifritəyə bənzər bir senzor oturub. O göstəriş verir - nəyi yazmaq olar, nəyi yox. Hansı fikirlər sənin evə gedərkən blokda güllələnəcəyinə tam qarantiya verir. Hansı cümlədən imtina etsən övladının toyunu görə biləcəksən».

«525-ci» qəzet: Bakıda səfərdə olan Türkiyənin Jandarma Baş Komandanı ordu generalı Avni Atilla İşık Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi sahədəki əlaqələri və gələcək inkişaf perspektivləri barədə ətraflı söhbət aparılıb.

Müdafiə naziri Səfər Əbiyev son zamanlar Türkiyə ilə Ermənistan arasında əlaqələrin genişləndirilməsi və sərhədlərin açılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən Azərbaycan ictimaiyyətinin narahatlıq keçirdiyini Jandarma Baş Komandanının diqqətinə çatdırıb. Qonaq isə öz növbəsində Türkiyənin Azərbaycanın maraqlarına uyğun olmayan bir addım belə atmayacağını bildirib.

«Üç nöqtə»: «Təhsil sistemində - istər müəllimlərin yaşayışının təmin olunması, istərsə də bu sistemin idarə edilməsində köklü islahatların aparılmasına ehtiyac var. Bu islahatları yaxın zamanlarda həyata keçirməsək məktəb direktorları isə müəllimlərlə birlikdə çirkin işlərlə məşğul olmaqda davam edəcəklər». Bu fikri müstəqil ekspert Vurğun Əyyub bildirib:

«Ümumilikdə, məktəbin inkişafından, inteqrasiyadan danışılırsa, neqativ hallar yığışdırılmalıdır. Özü də onu yığışdırmaq o qədər də çətin iş deyil. Bunun ən ziyanlı tərəfi odur ki, biz uşaqlara indidən kiməsə, nə isə verməyi öyrədirik. Bu, uşaq psixologiyasına çox pis təsir göstərir. Faktiki, bu gün məktəblə cəmiyyət arasındakı qarşıdurma maddi xarakter daşıyır».

«Yeni Azərbaycan»: Təhsil naziri Misir Mərdanov deyir ki: «Pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin müvafiq yaş həddinə çatdıqda pensiyaya göndərilmələri məqsədəuyğundur».
«Hazırda bir çox təhsil müəssisələrinin rəhbəri öz vəzifə funksiyalarını yerinə yetirə bilmir, müasir idarəetmə sahəsində kifayət qədər bacarıqlara malik deyillər. Onların daha gənc, müasir təfəkkürlü və perspektivli kadrlarla əvəz edilməsi daha vacib məsələlərdəndir».

«Təkcə ümumtəhsil məktəblərində işləyən müəllimlərin 15%-i pensiya yaşını ötüb. Ona görə də pedaqoji fəaliyyətlə məşğul olan şəxslər müvafiq yaş həddinə çatdıqda onların pensiyaya göndərilməsi və sosial müdafiə tədbirlərinin görülməsi məqsədəuyğun olardı»,-deyə Misir Mərdanov əlavə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG