Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

Qərb İranı jurnalisti azad etməyə çağırır


Qərb mətbuatı İranı jurnalisti azad etməyə çağırıb. 31 yaşlı Roksana Saberi yanvar ayında həbs olunub və ehtimal olunur ki, siyasi məhbusların saxlandığı həbsxanadadır.

Iran rəhbərliyi deyir ki, qadının fəaliyyəti iki il ərzində qanunsuz olub, müvafiq sənədləri olmadan işləyirmiş.

Jurnalistin atası isə deyir ki, Roksana şərab aldığına görə həbs olunub. Bu isə İran İslam qanunlarına görə qadağandır.

ABŞ dövlət katibi Hillari Klinton ötən həftə İran-Amerika jurnalistini azad etməyə çağırıb.

Son çağırışı imzalayan mətbuat orqanları arasında ABC News, BBC News, və Wall Street Journal da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG