Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:49

Azərbaycan bu il də "qeyri-azad" ölkələr siyahısında yer aldı


“Freedom House” beynəlxalq təşkilatı dünyanın azadlıqlar xəritəsində Azərbaycanı qeyri azad 42 ölkə arasında göstərdi.
Təşkilatın hesabatına görə, ötən il ərzində Azərbaycanda siyasi hüquqlar və mülki azadlıqların təminatı baxımından vəziyyət lap pisləşib.

Azərbaycanda siyasi hüquqların pozulma səviyyəsi 7 mümkün xaldan 6-yla qiymətləndirilib.
Mülkü azadlıqların pozulmasında isə Azərbaycan maksimum 7 bal üzərindən 5 bal alıb.

“Freedom House”-un dəyərləndirməsinə görə, qonşu ölkələrdən Rusiya və İran da Azərbaycanla yanaşı qeyri-azad ölkələr hesab olunublar. Ermənistan və Gürcüstan isə “qismən azad” dır.

Ümumilikdə 193 ölkədən 89-u “azad”, 62-si “qismən azad”, 42si isə “qeyri-azad” olub. Qeyri azad ölkələrdən 17 isə pislərin pisi siyahısına düşüb.
XS
SM
MD
LG