Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:25

Azərbaycan yenə də «azad olmayanlar» siyahısına düşdü


"Freedom House"un "Dünyada Azadlıqlar" xəritəsində Azərbaycan yenə də qeyri-azad ölkələr arasında (tünd-göy rəng)

"Freedom House"un "Dünyada Azadlıqlar" xəritəsində Azərbaycan yenə də qeyri-azad ölkələr arasında (tünd-göy rəng)

“Freedom House” beynəlxalq təşkilatı dünyanın azadlıqlar xəritəsində Azərbaycanı qeyri azad 42 ölkə arasında göstərdi. Təşkilat dünya ölkələrində insan haqları və azadlığın səviyyəsiylə balı son hesabatını açıqlayıb. Hesabata görə, 2008-ci il ərzində Azərbaycanda siyasi hüquqlar və mülki azadlıqların təminatı baxımından vəziyyət lap pisləşib.

Azərbaycanda siyasi hüquqların pozulma səviyyəsi 7 mümkün xaldan 6-yla qiymətləndirilib. Mülkü azadlıqların pozulmasında isə Azərbaycan maksimum 7 bal üzərindən 5 bal alıb.

“Freedom House”-un dəyərləndirməsinə görə, qonşu ölkələrdən Rusiya və İran da Azərbaycanla yanaşı qeyri-azad ölkələr hesab olunublar.

Rusiyada siyasi hüquqlar və mülki azadlıqlar elə bizdəki kimi pozulur. İran isə siyasi hüquqları elə Azərbaycandakı kimi təmin eləsə də, mülki azadlıqları pozmaq sahəsində də irəliləyib.

“Freedom House”-un hesabatına görə Ermənistan və Gürcüstan insan haqlarının durumuna görə Azərbaycandan daha yaxşı durumdadır. Azərbaycanın Cənubi qafqazdakı hər iki ölkəsi “qismən azad” ölkələrdən hesab olunub. Amma Gürcüstan həm siyasi, həm də mülki hüquqların təminatı da baxımından Ermənistandan da öndədir.


Ümumilikdə hesabatda 193 ölkədə aparılan araşdırmalar dəyərləndirilib.

“Freedom House”-un fikrincə, 193 ölkədən 89-u “azad”, 62-si “qismən azad”dır.

Dünyada 42 ölkə “qeyri-azad” kateqoriyasına aid olunub. Bu 42 ölkədən 17-sində durum pisdən də pisdir.

“Freedom House” insan haqlarının durumuna görə, Birma, Ekvatorial Qvineya, Liviya, Şimali Koreya , Somali, Sudan, Türkmənistan, Özbəkistan, Belarus, Çad, Çin, Kuba, Eritreya, Laos, Səudiyyə Ərəbistanı , Suriya və Zimbabveni “pislərin pisi” siyahısına salıb.

Çeçenistan, Tibet, Cənubi Osetiya və Qərbi Saxara bölgələri də insan haqlarının ən çox pozulduğu mübahisəli ərazilərdən sayılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG