Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:08

Uşaq özünü pəncərədən atdı, müəlliməyə töhmət verdilər


Bakının Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbin 9-cu sinif şagirdi Mirsahib Əzimzadə özünü məktəbin pəncərəsindən atıb. Şagirdin beyni silkələnib, qolu sınıb.

Şagirdin anası Ülviyyə Əzimzadə ANS-ə deyib ki, olaya 8 Mart Qadınlar Günü ilə bağlı sinif rəhbərinin istədiyi puldan az məbləğ göndərməsi səbəb olub.

Ancaq «Azadlıq» radiosunun müxbiri Ramana qəsəbəsində həm Əzimzadələr ailəsində, həm də 90 saylı orta məktəbdə olsa da, hadisə barədə heç kim danışmaq istəməyib.

Bakı Şəhər Baş Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızının «Azadlıq» radiosuna dediyinə görəsə, şagird dərsdən qaçmaq istəyərkən pəncərədən tullanıb:

«Hadisənin 8 martla əlaqəsi yoxdur. Artıq araşdırma aparılıb. Şagirdlərə nəzarəti düzgün tətbiq etmədiyinə görə, 9c sinfinin rəhbərinə töhmət verilib».

Günün bütün mövzuları

XS
SM
MD
LG