Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:39

Əfqanıstan və Pakistandakı ekstremistlər yenidən güclənməyə başlayır


Əfqanıstanda vəziyyətin gərginləşməsi birbaşa olaraq NATO ölkələrinə də təhlükə törədir. ABŞ-ın vitse-prezidenti Co Bayden martın 10-da Brüsseldə NATO ölkələri səfirlərinin toplantısında belə deyib.

Bayden bildirib ki, Əfqanıstan və Pakistandakı ekstremistlər yenidən təşkilatlanırlar və bu təhlükənin qarşısını almaq üçün NATO dövlətləri bölgəyə daha artıq əısgər göndərməyi yubatmamalıdırlar.

Barak Obama hakimiyyətə gələndən sonra Əfqanıstana əlavə 17 min əsgərin göndərilməsi haqda sərəncam imzalamışdı. İndi ABŞ NATO-dakı müttəfiqlərini də bölgəyə əlavə qüvvələr göndərməyə inandırmağa çalışır.
XS
SM
MD
LG