Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:19

«ABŞ mötədil islamçı axtarışlarını bir kənara qoymalıdır»


Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran

Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran

«Dünya boyu liberal demokratiya sınağa çəkilir, bir siyasi sistem kimi, ən əsası, ideologiya kimi. Bizim bundan xoşumuz gəlir, ya yox, biz bu davaya cəlb olunmuşuq və Amerika uduzmaqdadır. İslamçılığın genişlənməsi ABŞ-ı daha da təcrid olunmuş və gücsüz vəziyyətə salacaq. Dini və dünyəvi formada avtoritarizm təhlükəsi ilə üzləşən Amerikadan soruşmaq lazım deyil ki, sən demokratiyanı irəlilətmək istəyirsənmi? Soruşmaq lazımdır ki, sən bunu necə edəcəksən?».

Bunu ABŞ-dakı Hudson İnstitutunda Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran deyir,

Onun «Azadlıq» radiosu üçün verdiyi bu şərhdəki fikirlər fevral ayında Senatın Xarici Əlaqələr Komitəsində çıxışında da səslənib.

Z.Baranın təklifi nədir? Qısa desək, təklif olunur ki, ABŞ mötədil islamçı axtarışlarını bir kənara qoyub, birbaşa demokratiyanı müdafiə etsin.

Onun fikrincə, liberal demokratlar müsəlman dünyasında cüzi azlıqdır. Amerika onları müdafiə etməsə, onlar artan deyillər.

Z.Baran deyir ki, ABŞ-ın indiki mövqeyi isə islamçıları mövcud siyasi sistemə qovuşdurmaqdır, yəni islamçılarla dil tapmaqdır. Bu isə işləmir. Çünki islamçılar güzəştə gedəndə də dünyaya kompromissiz baxışlarını saxlayırlar.

Z.Baranın fikrincə, ABŞ islamçıları anlamır, hərçənd islamçılıq 30 ildir ki, güclənir:

«İslamizm demokratiya ilə bir araya gələn deyil. Müsəlmanlar isə demokrat ola bilərlər. Bu, nəhəng bir fərqdir».

Z.Baran təklif edir ki, ABŞ mötədil islam axtarmaq əvəzinə, birbaşa liberal demokartiyanı dəstəkləsin. Çünki ərəb və ya müsəlman demokratiyası yoxdur. Var demokratiya.

Bu, amerikalı təhliçinin fikirləridir.
Burda nə ilə razısınız, nədən narazı?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG