Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:11

Tibetin Çin qanunlarına etirazının 50 illiyi qeyd olunur


Tibetin Çin qanunlarına etirazının 50 illiyi il əlaqədar Çin hökuməti Tibet ərazisinə təhlükəsizlik qüvvələri yerləşdirib.

2008-ci il Lhasada Buddist rahibləri bu üsyanın 49 illiyi qeyd ediləndə polis buna əngəl olmuşdu. Bu da martın 14-ü qiyamla nəticələnmişdi.

Tibetlilər həmin qiyamda 200 nəfərin, rəsmi Pekin isə 21 nəfərin öldüyünü bildirir.

Bu arada isə, Tibetin sürgündə yaşayan dini lideri Dalay Lama yenidən Tibetə «qanuni və real muxtariyyatının» verilməsini tələb edib. O deyib ki, Çin Tibetdə «qorxu mühiti yayır» və onun siyasəti «yerli mədəniyyəti məhv etməyə» yönəlib.

Bununla belə Dalay Lama Tibetin Çindən ayrılmasına çalışmadığını deyib.
XS
SM
MD
LG