Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:51

Çin ABŞ-ın ittihamlarının tamamilə əsassız olduğunu deyir


Rəsmi Pekin deyir ki, Amerikanın hərbi gəmisi Çin gəmilərini qanunsuz müşahidə edib. Çin beynəlxalq və ölkə qanunlarına zidd olaraq, gəmilərinin Hainan adası yaxınlığında izləndiyini bildirib.

Bundan əvvəl isə Amerikanın Müdafiə Departamenti Çin gəmilərinin təcavüzkar hərəkətlərinə etiraz edib. Pentaqon bəyan edib ki, bazar günü Çin gəmiləri onların hərbi-dəniz qüvvələrinə məxsus gəmisini dövrəyə alıb və 8 metrə qədər yaxınlaşıb.

Çinin XİN-nin sözçüsü martın 10-da deyib ki, ABŞ-ın iddiası “tamamilə yanlış və səhvdir”.

Obama administrasiyası Cənubi Çin dənizində dəniz əməliyyatlarını bundan sonra da davam etdirəcəklərini bildirir.
XS
SM
MD
LG