Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:47

NATO-da Əfqanıstan məsələsi yenidən gündəmdə


Martın 10-da Amerikanın vitse-prezidenti Co Bayden Brüsseldə NATO müttəfiqləri ilə görüşür. Görüşdə Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.

Gözlənilir ki, Bayden bir daha prezident Barak Obamanın Əfqanıstana terrorla mübarizə məqsədilə əlavə qüvvə göndərmək çağırışını təkrarlayacaq.

Amerika hökuməti qərar verib ki, yaxın aylarda Əfqanıstana əlavə 17 min hərbçi göndərsin.

Baydenin Avropa Birliyinin xarici siyasət üzrə komissarı Havyer Solano ilə görüşü də planlaşdırılıb.

XS
SM
MD
LG