Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:00

Metro qatarlarının hərəkətində problem yaranıb


Bu gün metronun «Məşədi Əzizbəyov» və «Ulduz» stansiyaları arasında qatarların hərəkətində problem yaranıb. Metro tunellərində uzunmüddətli dayanmalar müşahidə olunub.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva Azadlıq Radiosuna deyib ki, fasiləyə səbəb texniki problemlər olub. «Bir neçə stansiyalarında olub, o da svetoforların texniki nasazlığı ilə əlaqədar olub. Texniki heyət problemin aradan qaldırılması ilə məşğuldur».

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə «APA-ECONOMICS»ə bildirib ki, saat 10:05-dən problem aradan qaldırılıb və qatarlar əvvəlki qaydada 4 dəqiqə intervalla işini bərpa ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG