Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:26

Beynəlxalq Valyuta Fondunun ehtiyyatları iki dəfə artırılır


Avropa Birliyinin maliyyə nazirlərinin Beynəlxalq Valyuta Fondunun ehtiyyatlarının 500 milyard dollara çatdırılmasına dair çağırışları martın 10-da təsdiqləyəcəkləri gözlənir.

Fondun həmin ehtiyat vəsaiti beynəlxalq maliyyə böhranından ziyan çəkən ölkələrə təcili kömək üçün nəzərdə tutulur. BVF bundan əvvəl xəbərdarlıq edib ki, böhran davam etsə, onun yardım imkanları məhdudlaşa bilər.

Avropa Birliyi ölkələri maliyyə nazirlərinin BVF-nin ehtiyyatlarını iki dəfə artırmaq təklifi aprelin 2-də sənayecə inkişaf etmiş 20 ölkənin Londonda keçirilən sammitində müzakirə ediləcək.
XS
SM
MD
LG