Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:22

İsveç BMT-yə yardımlarını dayandırır


Martın 9-da İsveç xəbərdarlıq edib ki, səmərəsiz olduğundan BMT-nin bir neçə qurumuna yardımlarını davam etdirməyəcək. İnkişafa Yardım naziri Ganilla Karlsson bildirib ki, bu yardımların necə istifadə edildiyi barədə onun hökumətinə məlumat verilməyincə, yardımı davam etdirməyəcək.

İsveç hökuməti özünün birbaşa və çoxtərəfli yardım proqramlarının yeni strategiyası və effektivliyini araşdırıb.
2008-ci ildə beynəlxalq təşkilatlar İsveçdən 1.6 milyard dollar yardım alıblar.

Karlsson BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını ən əhəmiyyətsiz qurum adlandırıb. O BMT-nin Narkotiklər və Cinayətkarlıqla, AİDS-lə mübarizə, Qlobal Ətraf Mühit təşkilatlarının işinin səmərəsiz olduğunu deyib.
XS
SM
MD
LG