Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:48

Qırğızıstanda müxalifət lideri qətldə ittiham olunaraq həbs edilib


Martın 9-da Qırğızıstanda müxalifətin lideri qətldə ittiham edilərək həbs olunub.

Daxili İşlər Nazirliyinin sözçüsü Bakıt Seyitov “Azadlıq” radiosunun qırğız xidmətinə bildirib ki, Türkiyə biznesminin öldürüldüyü silah müxalifət lideri Alikbek Jeksenkulovdan tapılıb: "2007-ci ilin dekabrında Türkiyə vətəndaşı, iş adamı Sərvət Çətin Talas şəhərində Makarov tipli tapança ilə öldürülmüşdü. İstintaq Alikbek Jeşenkulova hədiyyə kimi verilmiş tapancanı da araşdırıb. Dünən Ədliyyə Nazirliyinin ekspertləri məlumat veriblər ki, Sərvət Çətin Jekşenkulovun silahı ilə qətlə yetirilib".

Keçmiş xarici işlər naziri Alikbek Jeşenkulov Ədalət naminə adlı müxalifət hərəkatına rəhbərlik edir. Müxalifət və Qırğızıstanın ombudsmanı həbsin siyasi motivli olduğunu, onun əslində prezidentin ünvanına tənqidlərinə görə tutulduğunu deyirlər.
XS
SM
MD
LG