Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

«Binə» köçür…


«Binə»nin rəhbərliyi bildirib ki, martın 10-dan işıqlar kəsiləcək, mühafizə xidməti göstərilməyəcək

«Binə»nin rəhbərliyi bildirib ki, martın 10-dan işıqlar kəsiləcək, mühafizə xidməti göstərilməyəcək

«Binə» Ticarət Mərkəzinin bir hissəsindən mağazaların köçürülməsi başa çatacaq. İndi sahibkarlar malları yaxınlıqdakı «Yeganə bazarı» adlanan əraziyə köçürür. Bunu «Azadlıq» radiosuna «Binə» Ticarət Mərkəzinin bir neçə ildir dükan sahibi olan Fərhad Əmirov deyir.

Ticarət mərkəzinin rəhbərliyi onlara bildirib ki, martın 10-dan işıqlar kəsiləcək, mühafizə xidməti göstərilməyəcək. Bu səbəbdən sahibkarlar mart ayı üçün icarə haqlarını ödəmələrinə baxmayaraq köhnə mağazalarını tərk etməyə məcbur olublar.

Sahibkarın sözlərinə görə, yeni ərazi ticarət üçün olduqca əlverişsizdir. Burada yol belə çəkilməyib. Ətraf tamam palçıqdır. Sahibkar deyir, ərazidə yalnız qapı-pəncərəsi olmayan daşla tikilmiş kiçik mağazalar var:

«Burada heç bir şərait yoxdur. İndi özümüz yeni mağazalara qapı qoyuruq, işıq çəkirik. Yalnız işıq çəkmək üçün Ticarət Mərkəzinin rəhbərliyi sahibkarlardan 50 manat pul istəyib. Bir həftədən çoxdur işləmirik. Hər birimizə ən azı 1000-1500 manat ziyan dəyib».

Fərhad Əmirov deyir ki, rəhbərlik dəyən ziyana görə, sahibkarlara hər hansı kompensasiya ödəmək fikrində deyil.

Sahibkarın sözlərinə görə, yeni ticarət mərkəzində icra haqları «Binə»dəkindən iki dəfə yüksəkdir. Mağazanın icarə haqqı əvvəllər 200 manat idi, indisə 400 manat təklif olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG