Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Leyla Əliyeva: «Mahnımız bu ilin hiti ola bilər»


«Eurovision» mahnı müsabiqəsində Aysel Teymurzadə Araşla «Həmişə» mahnısını ifa edəcək

«Eurovision» mahnı müsabiqəsində Aysel Teymurzadə Araşla «Həmişə» mahnısını ifa edəcək

«Eurovision» mahnı müsabiqəsində Aysel Teymurzadənin Araşla birgə ifa edəcəyi «Həmişə» mahnısı artıq neçə gündür yayımlanır. İctimai Televiziyanın (İTV) İctimaiyyətlə əlaqələndiricisi Leyla Əliyeva deyir ki, mahnı çox yaxı qarşılanıb:

«Bizim mahnı bu ilin hiti də ola bilər. Çox şən və dinamik kompozisiya alınıb».

Mahnıda milli elementlərin az olması ilə bağlı deyilənlərə münasibət bildirən Leyla Əliyeva hesab edir ki, layihə hər kəsi qane edə bilməz.

«Bu layihə ilə bağlı müsbət fikirlər daha çoxdur. Avropaya milli elementləri göstərmək lazımdır. Amma Avropanın qavraya biləcəyi, həzm edə biləcəyi dərəcədə».

İTV-nin təmsilçisi hesab edir ki, Azərbaycan mahnı seçimi ilə bağlı qətiyyən gecikməyib:

«Martın 15-nə qədər vaxtımız vardı. Elə ölkələr var ki, hələ də öz mahnısını təqdim etməyib».
Leyla Əliyeva deyir ki, hazırda Aysel Teymurzadə həm rəqs, həm də vokal üzərində hazırlaşır. Eyni zamanda, mahnıya klip də hazırlanacaq.

«Araş da mütləq Bakıya gələcək. Mart ayı boyunca onun şəhərimizə gəlməsi gözlənilir».

Bu ilin mayında Moskvada keçiriləcək «Eurovision-2009» mahnı yarışmasında Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəyi «Always» («Hər zaman») mahnısının son variantı hazırdır. Mahnının bəstəkarı əslən İran Azərbaycanından olan Araşdır.

Şərhləri göstər

XS
SM
MD
LG