Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:30

İranda həbsdə olan jurnalist vəkili ilə görüşüb


İranda həbsdə olan Amerika jurnalistinə işgəncə verilmədiyi bildirilir.

Həbsdə olan Roksana Sabirinin atası Rza Sabiri deyib ki, martın 8-i vəkili jurnalistə baş çəkib və onda hər hansı işgəncə əlaməti görməyib.

İranın Xarici İşlər naziri deyir ki, 31 yaşlı Roksana Saberi Tehranın Evin həbsxanasında saxlanılır. Jurnalist İranda qanunsuz fəaliyyətdə ittiham olunur. Bildirilir ki, onun jurnalist fəaliyyəti İranda hələ iki il əvvəl ləğv edilib.

ABŞ dövlət katibi Hillari Klinton da İran hakimiyyətini artıq bir aydır həbsdə saxlanan İran əsilli Amerika jurnalistini azad etməyə çağırıb. ABŞ dövlət katibi deyib ki, Roksana Sabirinin vəziyyətindən narahatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG