Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:11

Əfqanıstan prezidenti Obamanın təklifini alqışlayıb


Əfqanıstan prezidenti Həmid Kərzayi ABŞ prezidenti Barak Obamanın Talibanla danışıqlara getmə mümkünlüyünü qeyd etməsini alqışlayıb. Kərzayi bildirib ki, onun hökuməti «terroristlərlə» əlaqəsi olmayan yaraqlı qrupu üzviləri ilə uzun müddətdir ki, dialoq apararaq ölkədə sabitlik yaratmağa çalışır.

«The New York Times» internet portalına müashibə verən ABŞ prezidenti deyib ki, ABŞ İraqın bəzi sünni yaraqlılarını danışıqlar masasına gətirməklə uğurlu strategiya həyata keçirib. Onun sözlrinə görə bununla da həmin yaraqlıları Əl-Qaedadan uzaqlaşdırıblar.

Obama yaraqlılarla danışıqlar imkanının Əfqanıstan və Pakistanda mümkün ola biləcəyini deyib.
XS
SM
MD
LG