Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:20

Türkiyə xarici işlər naziri Obamanı xəbərdar etdi


Türkiyə xarici işlər naziri Əli Babacan martın 8-i ABŞ prezidenti Barak Obamanı 1915-1917-ci illər Türkiyədə ermənilərin öldürülməsini «soyqırım» kimi qəbul etmə ilə bağlı xəbərdar etdi.

NTV kanalına müsahibəsində Babacan bildirib ki, bu addım Ermənistan və Türkiyə arasında düzəlməkdə olan münasibətlərə ancaq ziyan vura bilər. Əli Babacan deyib ki, Barak Obama seçki kompaniyası zamanı bir neçə dəfə 1915-1917-ci illər ermənilərin Osmanlı imperiyası tərəfindən öldürülməsini səsləndirib.

ABŞ Türkiyəni erməniləri öldürməkdə ittiham etmişdi, lakin bunu «soyqırım» adlandırmamışdı.

20-dən çox ölkə 1915-1917-ci illər Türkiyədə baş verənləri «soyqırım» kimi tanıyıb. Türkiyə isə bu ittihamları qəti olaraq rədd edir.
XS
SM
MD
LG