Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

Hollandiyada 22 il bundan əvvəl ogurlanmış 8 rəsm əsəri aşkarlanıb


Niderland polisi 22 il bundan əvvəl oğurlanmış 8 rəsm əsəri aşkar edib.

Associated Press agentliyi oğurluqda şübhəli bilinən 45 yaşlı Almaniya vətəndaşı,onun anası və daha bir nəfərin həbs olunduğunu xəbər verir.

Hələlik onların adları açıqlanmır.

Onlar bu əsərləri oğurlandıqdan sonra 2 milyon dollardan artıq vəsait ödəmiş suğorta şirkətinə satmaq istəyirmişlər.

Renuar və Pissaronun əl işləri də daxil olmaqla əsərlər 1987-ci ildə Niderlanddakı qalereyadan oğurlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG