Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:51

Dəməşqdə ABŞ və Suriya rəsmiləri arasında görüş olub


Dəməşqdə ABŞ və Suriya rəsmiləri arasında görüş olub.

ABŞ Dövlət Katibinin köməkçisi Cefri Feltmanla Ağ Evin köməkçisi Daniel Şapiro Suriyanın xarici işlər naziri Valid əl Müəllim və digər ölkə rəsmilərilə görüşüblər.

Danışıqlar zamanı ikitərəfli münasibətlər və regional problemlər müzakirə olunub.

Bu 2005-ci ildən bu yana iki ölkə arasında keçirilən ilk yüksək səviyyəli görüşdür.

Birləşmiş Ştatlar 2005-ci ildə Suriyanın baş naziri Rafiq Həriri qətlə yetirildikdən sonra bu ölkədəki səfirini geri çağırıb.

Vaşinqton bu qətlə görə Suriyanın hakim dairələrini günahlandırır.
Suriya isə ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG