Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Prezident aparatının həbs olunan yüksək rütbəli məmurları


1. Əli Kərimli – keçmiş dövlət katibi

Əli Kərimli - AXCP-nin sədri

1965-ci il Saatlı rayonunda anadan olub. 1992-ci ilin mayında Prezident Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi təyin olunub. 1993-cü ildə istefa verib.

1994-cü ilin sentyabrında müxalifətin Bakıda keçirdiyi mitinqlərindən birində saxlanıb. Polis onun cibindən qumbara tapıldığını bildirib. Amma bir qədər sonra azad edilsə də bu iş üzrə açılmış cinayət işi bugünə qədər bağlanmayıb.


2. Arif Hacıyev – keçmiş dövlət müşaviri

Arif Hacılı - Musavat partiyasının icra katibi

1962-ci ildə Zaqatala rayonunda anadan olub. Milli azadlıq hərəkatının fəallarından biri, AXC Ali Məclisinin sədri olub. 1992-1993-cü illərdə dövlət müşaviri vəzifəsində çalışıb.

2003-cü ilin oktyabrında prezidentliyə namizəd İsa Qəmbərin seçki qərargahının sədri olub. Həmin seçkinin ertəsi günü Bakıda İ.Qəmbərin tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmaya görə ixtişaşların təşkili ittihamı ilə həbs olunub. 5 il müddətinə azadlıqdan məhrum edilib. İlyarım həbsdən sonra əfv fərmanı ilə azadlığa buraxılıb.


3. Akif Muradverdiyev – Prezidentin İşlər İdarəsinin keçmiş rəhbəri

Akif Muradverdiyev - Prezidentin İşlər İdarəsinin keçmiş rəhbəri

1948-ci ildə Ermənistanda anadan olub. 2005-ci ilin oktyabrında parlament seçkiləri ərəfəsində həbs edilib. Külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, vəzifə saxtakarlığı maddələri ilə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

2008-ci ilin yanvarında Akif Muradverdiyevin cəzasının 5 il sınaq müddəti olmaqla şərti hesab edilməsi və Ədliyyə Nazirliyinin müalicə müəssisəsindən azad olunması haqqında qərar verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG