Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

Məktəb direktorları işdən çıxarılıb


Təhsil naziri Misir Mərdanov
Təhsil naziri Misir Mərdanov
«Bayramlarla əlaqədar şagirdlərdən pul yığan bir neçə məktəb direktoru işdən çıxarılıb, bəziləri haqqında isə digər inzibati tədbirlər görülüb».

Təhsil naziri Misir Mərdanov belə deyib. O bildirib ki, Nazirliyə daxil olan məlumatların araşdırılması məqsədilə reydlər keçirilib və şikayətlərdən bəzisi təsdiqlənib:

«Ancaq mən deyə bilmərəm ki, bu tədbirlər nəticəsində bütün məsələlər öz həllini tapacaq. Təhsil Nazirliyində «Qaynar xətt» fəaliyyət göstərir. «Qaynar xəttə» daxil olan məlumatlar araşdırılır və faktlar təsdiq olunduqda, tədbirlər görülür. Bundan sonra da belə tədbirlər görüləcək».

M.Mərdanov bildirib ki, bu problem daha çox Bakıda olduğu üçün paytaxt məktəblərində bu işə daha çox fikir verilir. / APA /

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG