Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:17

«Bizim Yol» qəzeti: «8 Martın 8 dərdi»


«Hətta bayram ərəfəsində çiçəklərin də qiymətində bahalaşma var»
«Hətta bayram ərəfəsində çiçəklərin də qiymətində bahalaşma var»
«Bizim Yol» qəzeti: «8 Martın 8 dərdi»

..Bakı sakini Kamal Rəhimov məhsulların bayram ərəfəsində bahalaşmasından şikayətlənir:

«Mağazalar kampaniya keçirsə də, ümumilikdə bazarda bahalaşma hökm sürür. Xanımıma aldığım bu ətir 30 manata başa gəldi».

Kənan Əsgərov deyir ki, indiki vəziyyətdə çiçəkdən başqa hədiyyə almaq kasıbların cibinə uyğun deyil:

«Hətta bayram ərəfəsində çiçəklərin də qiymətində bahalaşma var. Çiçəkdən başqa bütün hədiyyələr bahadır, ucuz qiymətə isə keyfiyyətli mal yoxdur».

Elnur Kərimov isə düşünür ki, xanımlar ən gözəl və bahalı hədiyyələrə layiqdirlər:

«Ola bilsin ki, müəyyən hədiyyələrdə qiymətlər bahadır. Amma məncə, qiymətindən asılı olmayaraq xanımlar ən dəyərli hədiyyələrə layiqdirlər. Çiçəyin təbii ki, öz yeri var. Amma bununla kifayətlənmək azdır»...

Limon satmaqla məşğul olan Şirin Şahbazova bayram əhval-ruhiyyəsində deyil:

«Ay qızım, mən burada güclə çörək pulu qazanıram. Bayramı düşünməyə vaxtım var? Hər şey bahadır. Güclə ərzaq ala bilirik, hər şeyin baha olduğu şəraitdə hədiyyə necə alaq? Yoldaşım da mənim kimi çətinliklə pul qazanır. Mən ondan necə hədiyyə gözləyim? Məncə, bayramda konsertlər keçirmək əvəzinə kasıblara pul verilsə, daha yaxşı olar».

«28 May» metro stansiyası yaxınlığında göyərti satmaqla məşğul olan Səfurə Mehdiyeva bayramı qarşılamağa həvəsli olsa da, pulu çatmır:

«Burada gündəlik müəyyən qədər pul qazanıram. Bayramda əlavə pul lazımdır ki, istədiyin hədiyyəni alasan. Bizim kimi kasıbların isə əlavə hədiyyə üçün xərcləməyə pulu yoxdur. Amma yenə də özümə hədiyyəm bu olardı ki, həmin gün satışla məşğul olmayıb istirahət edim»...


«Azadlıq» qəzeti: «Milli Bankın bahalı siyasəti çox davam edə bilməz»

İqtisadçı Vüqar Bayramov deyir ki, əvvəllər Milli Bank manatın məzənnəsinin kəskin möhkəmlənməsinin qarşısını almaq üçün dövriyyədən dolları yığışdırırdısa, indi manatın məzənnəsinin zəifləməsinin qarşısını almaq üçün dövriyyəyə dollar buraxır. Və tamamilə əks proses başlayır.

Milli bankın məlumatına görə, yanvar-fevral ayında manatın məzənnəsini saxlamaq üçün 300 milyon vəsait sərf edilib... Güman olunur ki, 2009-cu ildə dövriyyəyə buraxılan dolların həcmi qlobal maliyyə böhranının dərinləşməsi nəticəsində hər əvvəlki aya nisbətən çox olur. Məsələn, fevral ayında kursu saxlamaq üçün dövriyyəyə 150 milyon dollar vəsait buraxmaq lazım olubsa, bu o demək deyil ki, mart ayında da bu məbləğlə problemi həll etmək mümkün olacaq. Mart ayında Milli Bankın dövlət rezervlərindən bu istiqamətdə xərclədiyi vəsait daha çox olacaq. Bu o deməkdir ki, manatın dollara nisbətən məzənnəsinin saxlanması xərcli bir siyasətdir... Manatın məzənnəsini saxlamaq üçün bir ilə təxminən 2.5 milyard dollar vəsait lazımdır...


«Azərbaycan» qəzeti «Şəki ipəyinin yaxın-uzaq şöhrəti»

1931-ci ildə açılışı böyük rezonansa səbəb olan «Şəki İpək» kombinatının indi adı da dəyişib, fəaliyyət imkanları da. 1999-cu ildən kombinat «Şəki İpək» ASC kimi fəaliyyət göstərir...

«Şəki İpək» ASC 11.7 hektar sahəni əhatə edir. Burada mövsümi olaraq 1000-1600 arası işçi çalışır...

«Şəki İpək» ASC idarə heyətinin əslən Özbəkistandan olan sədri Marat Əkbərov sözünə dünya maliyyə böhranından başladı:

«Çalışırıq yaxamızı böhranın əlinə verməyək. Amma bəzi çətinliklər baş qaldırmaq üzrədir. Xüsusilə də istehsal etdiyimiz malların satış məsələləri ilə bağlı. Təsəvvür edin, Rusiyaya ipək sap göndərirdik. Artıq orada rublun dollara nisbəti ilə bizdəki manatın dollara nisbəti arasında xeyli fərq yaranıb və qiymət uyğunsuzluğu müqavilələrin fəaliyyətsizliyinə gətirib çıxarır. Yaxud Azərbaycanda bir çox istehlakçı hələ də xarici ölkələrin məhsullarına üstünlük verir, halbuki, bizdə satış da, keyfiyyət də daha əlverişlidir. Amma ruhdan düşməz olmaz»...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG