Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

Bakıda Beynəlxalq Muğam Festivalı keçiriləcək


Martın 18-dən 25-dək Azərbaycanda ilk dəfə olaraq «Muğam Aləmi» Beynəlxalq Festivalı keçiriləcək. Festivala dünyanın 40-dək ölkəsindən tanınmış musiqiçilər, alimlər dəvət edilib. Bu barədə martın 7-də Təhsil naziri Misir Mərdanov deyib.

M.Mərdanovun sözlərinə görə, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizmi Nazirliyi, Bəstəkarlar İttifaqının təşkilatçılığı və Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir: «Festival ənənəvi olacaq və hər iki ildən bir keçiriləcək».

Nazir bildirib ki, beynəlxalq Musiqi Festivalının 4 qalibi mükafatlandırılacaq. «Qran-Pri» mükafatı 20 min, birinci yer 15 min, ikinci yer 10 min, üçüncü yer 5 min avro ilə mükafatlandırılacaq.

Qalibləri dünyanın müxtəlif ölkələrindən olan ekspertlərdən ibarət münsiflər heyəti müəyyən edəcək.
XS
SM
MD
LG