Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:50

Həmsədrlər növbəti dəfə bəyanat verib


ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasie və Metyu Brayza növbəti bəyanatla çıxış ediblər.

Həmsədrlər Sürix görüşündən sonra prezidentlərin açıq diskussiya aparmaq niyyətini alqışlayıblar: «Ümidvarıq ki, danışıqların davam etməsi tərəflər arasında fikir ayrılıqlarını azaldacaq. Yalnız o zaman yaxın müddət ərzində münaqişənin dinc yolla nizamlanması mümkün ola bilər».

Bəyanatda ATƏT missiyasının qoşunların təmas xəttində keçirdiyi növbəti monitorinq zamanı atəşkəsin pozulması faktı pislənib: «Biz həmçinin 2008-ci ildə atəşkəs rejiminin pozulması nəticəsində 30 nəfərin ölməsi, 50 nəfərin yaralanmasından da təəssüfləndiyimizi bildiririk. Biz tərəfləri atəşkəs rejimini qorumağa çağırırıq».
XS
SM
MD
LG