Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:49

Həmid Kərzai rəqiblərinin istefa çağırışını rədd edib


Əfqanıstan prezidenti Həmid Kərzai rəqiblərinin istefa çağırışını rədd edib, növbəti seçkilərədək hakimiyyətdə qlacağını deyib.

Həmid Kərzainin səlahiyyət müddəti mayın 21-də sona yetir.
Növbəti seçkilərsə avqustun 20-ə təyin olunub.

Buna görə də rəqibləri onun istefa verməsini və arada olan boşluqda səlahiyyətləri keçid hökumətinə verməsini tələb edirlər.

Kərzainin özü bundan əvvəl seçkinin vaxtındanəvvəl - apreldə keçirilməsini təklif etsə də Mrəkəzi Seçki Komissiyası təhlükəsizlik baxımından bunu qəbul eləmədi.

NATO hesab edir ki, əgər seçki nəzərdə tutulduğu kimi avqustun 20-də keçirilsə beynəlxalq qüvvələr təhlükəsizliyi daha yaxşı təmin edə bilər.
BMT-lə Birləşmiş Ştatlar da bunun tərəfdarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG