Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:56

BMT-nin Təhlükəsizlik Şurası Sudan məsələsində bir araya gələ bilməyib


BMT-nin Təhlükəsizlik Şurasında Sudanın beynəlxalq hümanitar təşkilatların əməkdaşlarını ölkədən çıxarmasıyla bağlı razılıq əldə olunmayıb.

Südanla yaxın münasibətləri olan Çin Sudan hökumətini bu qərara yenidən baxmağa çağıran bəyanatı qəbul eləməyib.

Sudan hökuməti Darfur əyalətində fəaliyyət göstərən 13 nəfərdən ibarət hümanitar missiyanı ölkədən çıxarıb.

Sudan bu addımı Haaqadakı beynəlxalq hərbi məhkəmənin ölkə prezidenti Ömər əl Bəşirin həbsinə sərəncam verməsinə cavab olaraq atıb.

Haaqa məhkəməsi Ömər əl Bəşiri Darfurda qaradərili sakinlərə qarşı soyqrımı kompaniyasının təşkilində təqsirili bilib.

5 ildir ki, əyalətdə gedən münaqişədə 300 minə yaxın adam öldürülüb, 2 milyondan artıq adamsa ev-eşiyindədn didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG