Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:46

ABŞ Dövlət Katibi Hillari Klinton Türkiyəyə gedib


Birləşmiş Ştatların Dövlət Katibi Hillari Klinton Türkiyəyə gedib.

Səfər zamanı iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilıməsi və digər regional problemlər müzakirə olunacaq.

Xatırladaq ki, Amerika İraqa qoşun yeridəndə Türkiyə bu əməliyyatın onun ərazisindən keçirilməsinə icazə verməmişdi.
Türkiyə mətbuatı yazır ki, Hillari Klinton baş nazir Rəcəb Tayyip Ərdoğan, xarici işlər naziri Əli Babacan və prezident Abdullah Güllə görüşəcək.

Hillari Klinton Ankaraya Cenevrədən gələib.

O dünən Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Danışıqlar zamanı Əfqanıstan, Kosovo və Gürcüstan məsələləri, habelə Amerikanın Avropada raket əleyhinə müdafiə sistemləri qurmaq planı da daxil olmaqla beynəlxalq problemlər müzakirə olunub.

Liderlər ilin sonunadək strateji silahların ixtisarıyla bağlı razılaşma imzalamaq fikrində olduqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG