Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:49

Sahib Məmmədov: «Səhvləri etiraf etmək lazımdır»


Sahib Məmmədov
Sahib Məmmədov
«Mümkün şəraitdə Elmira xanımın fəaliyyətini müsbət qiymətləndirirəm. Amma tənqidi məqamlar da var. Hesab edirəm ki, hesabatlar daha dəqiq və konkret ünvanlı olmalıdır. Bizdə qaçqınlar var. Onların hüquqlarını başqa dövlət - Ermənistan pozub. Ombudsman bu məsləyə daha çox müdaxilə etməli idi».

Hüquq müdafiəçisi Sahib Məmmədov «Azadlıq» radiosunun «İşdən sonra» verilişində ombudsman Elmira Süleymanovanın 7 illik fəaliyyətini şərh edərkən belə deyib.

S.Məmmədov YAP-çı deputat Səyavuş Novruzovun parlamentdə ABŞ-ı «ədalətsiz ölkə» adlandırmasına da münasibət bildirib. Onun sözlərinə görə, ABŞ-ın maliyyələşdirdiyi təşkilatlar adətən Birləşmiş Ştatların özündə müxtəlif hüquqların pozulmasını üzə çıxaran hesabatlar hazırlayırlar:

«ABŞ rəsmiləri isə həmin hesabatlara təmkinlə yanaşır və qulaq asırlar. Amma heç vaxt ittiham etmirlər ki, burada ikili standartlar var. Demirlər ki, həmin QHT-lərin rəhbərliyində «ermənilər» var və s.»

S.Məmmədov deyir ki, tolerant olmaq lazımdır:

«Əvvəla, heç kim Azərbaycan dövlətinə Dövlət Departamentinə məlumat göndərməyə qadağa qoymayıb. Bizim Xarici İşlər Nazirliyi ölkənin yaxşı işlərini beynəlxalq təşkilatlara çatdıra bilmirsə, onda başqalarını günahlandırmayın».

Hüquq müdafiəçisi deyir ki, səhvləri etiraf etmək lazımdır:

«Bu, baş versə Azərbaycanın imici dünyada yüksələr».
XS
SM
MD
LG