Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20

Amerika işsizlərin sayı 8.1 faizə çatdı


Amerikada Fevral ayında 650 min adam işini itirib. Bununla Amerikada işsizlərin sayı son 25 ilin ən yüksək göstəricinə çatıb- 8.1 faizə.

ABŞ_ın Əmək Departamentinin son hesabatına görə, 2008-ci ilin dekabr ayında 1949-cu ildən sonra ilk dəfə olaraq bi ay ərzində 680 min adam işini itirib.

2007-ci ilin dekabr ayında Amerika iqtisadiyyatında durğunluq başlayandan bəri cəmi 4.4 milyon adam işsiz qalıb. Bunun 2 milyonundan çoxu son 4 ayda işini itirənlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG