Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:41

«Əməkhaqlarının iş stajına görə hesablanmasıyla bağlı təkliflər hazırdır»


Əməkhaqlarının iş stajına görə hesablanmasıyla bağlı təkliflər artıq hazırdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, əməkhaqlarının iş stajına görə hesablanmasında hansı faizin tətbiq olunmasıyla bağlı ciddi müzakirələr aparılıb:

«Təqribən o vaxtkı baza hissəsinin hər ilə 8 faizi qədər vəsaitin götürülməsi qərara alınıb. Sonradan ümumi məbləğ 2006-cı ilin artım faizinə, həm də sonrakı illərin artım faizinə vurulacaq. 2009-cu il üçün hansı məbləğ olduğu isə fərdi pensiya hesablamasında özünü göstərəcək».

S.Müslümovun sözlərinə görə, əmək qanunvericiliyinə təklif olunan bu dəyişikliklər dəstəkləndiyi təqdirdə pensiya ödəməsində məbləğ artacaq:

«Elə böyük vəsait deyil, təxminən hər ay üçün əlavə 400 min manata yaxın vəsait lazımdır. Bu da il ərzində 5 milyon manat deməkdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG