Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:24

Səlim Müslümov: «Kadra ehtiyacımız var»


Dövlət Sosial Müdafiə Fondunun kadra ehtiyacı var. Bunu martın 6-da keçirdiyi mətbuat konfransında sözügedən Fondun sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, DSMF-da 100-dən yuxarı vakant yer var:

«Bir il ərzində dövlət qulluqçularıyla bağlı keçirilən test imtahanından yalnız 12 nəfər keçib. Onların 11-ni işə götürmüşük. İşlə bağlı müsabiqə davam edir. Biz bu vakant yerlərə işçi götürmək istəyirik. Çünki kadr çatışmazlığı işimizin ləngiməsinə səbəb olur».

S.Müslümovun sözlərinə görə, pensiya sisteminin müasirləşdirilməsi yönümündə işlər aparırlar və ona görə də öz tədris mərkəzlərini də yaratmaq niyyətindədilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG