Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:25

ABŞ-ın Rusiyayla əməkdaşlığı Avropaya qarşı yönələ bilməz


Amerikanın Rusiyanın əmkdaşlığını genişləndirmək istəyi Avropayla olan əlaqələrini arxa plana keçirə bilməz. ABŞ-ın Dövlət Katibi Hillari Klinton martın 6-da səhər Brüsseldə Avropa Parlamentindəki çıxışında belə deyib.


Martın 6-sı axşam Klinton Cenevrədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşəcək.
Görüşdə Əfqanıstanda sabitlik, Rusiyanın İranla əməkdaşlığı və silahlara nəzarət məsələlərinin müzakirə ediləcəyi gözlənilir. ABŞ dövlət katibi Rusiyanı İrana uzaq mənzilli raketləri satmaqdan çəkindirəcəyini deyib. Onun sözlərinə görə bu həm Rusiya, həm də Avropa üçün təhlükədir.


Bundan bir gün əvvəl isə NATO ölkələrinin xarici işlər nazirləri Rusiya ilə olan diplomatik əlaqələri bərpa eləməklə bağlı razılığa gəlmişdilər.
Bu əlaqələr 2008-ci ilin avqustunda Rusiyan-Gürcüstan müharibəsindən sonra kəsilmişdi.
XS
SM
MD
LG